Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarından biri - “FİNOKO BOKT” yaxın vaxtlarda yeni istiqraz buraxacaq. Bu barədə FED.az saytına şirkətin maliyyə departamentinin müdiri Böyükağa Məmmədov bildirib.
B.Məmmədovun sözlərinə görə, istiqrazların buraxılmasına icazə ilə bağlı yaxın günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət ediləcək. Yeni buraxılacaq istiqrazlarla bağlı şərtlər nəzarətedici qurumun icazəsindən sonra müəyyən ediləcək.
“FİNOKO BOKT” pul axtarır - İSTİQRAZ BURAXACAQ
14:07
9 Fev 2019