Azərbaycanın tanınmış kredit təşkilatlarından olan “FİNOKO BOKT” nüfuzlu təşkilata üzv olub.
FED.AZ xəbər verir ki, “FİNOKO BOKT” İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasına (IACCI) üzv olub. IACCI-nın önəmli təşkilatlardan biri olması “Finoko BOKT”un gələcəkdə Azərbaycan İzarail arasında biznes mühitinin yaranmasına və inkişafında böyük rol oynayacağından xəbər verir. IACCI həm İsrail, həm də Azərbaycan iş adamları, kiçik və orta sahibkarlıq (KOM) və hər iki ölkədə fəaliyyətlərini genişləndirmək istəyən geniş şirkətlər üçün ən etibarlı tərəfdaşdır. Palata üzvlərinə, fərdi yardım göstərməklə biznesin bütün sahələrində olan tərəfdaşlarına məsləhət xarakterli tövsiyyələr verir.
Eləcə də bax:“Finoko” BOKT dollarda, illik 9% gəlirliliyə malik - İSTİQRAZ BURAXIB
Həmçinin IACCI-yə üzvlük imkan verir ki, üzv şirkətlərin əməkdaşları İsraildə çalışdıqları sahədə təcrübə keçsinlər. IACCI qeyri-kommersiya təşkilatıdır və İsraildəki Milli Palatalar Federasiyasının üzvüdür. İsrail İxrac İnstitutu, İsrail İstehsalçıları Birliyi, Ticarət Palatası Federasiyası, eləcə də hökumət nazirlikləri və İsrailin Bakıdakı səfirliyi ilə sıx əlaqədə çalışır. Məlumat üçün bildirək ki, hazırda adı qeyd edilən palataya Azərbaycandan 4 dövlət qurumu ilə yanaşı 29 özəl şirkət və təşkilat üzvdür.