Azərbaycannı aparıcı kredit təşkilatlarından olan «Finoko» BOKT manat və ABŞ dollarında istiqraz buraxmağa hazırlaşır.
FED.az xəbər verir ki, «Finoko» BOKT ASC səhmdarlarının 21.07.2020-ci il tarixində növbədənkənar iclası keçiriləcək.
İclasda müzakirə olunacaq məsələlər aşağıdakılardır:
- Manatda və ABŞ dollarında istiqrazların emissiyası
- Yeni səhmlərin emissiyası ilə kapitalın artırılması
Xatırladaq ki, 01.06.2020-ci il tarixinə «Finoko» BOKT ASC-nin nizamnamə kapitalı 4 855 000 manat, məcmu kapital isə 8 190 954 manat təşkil edir.
İclas Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 609, Globus Center 9-cu mərtəbədə keçiriləcək.