“Finono” ASC bank olnayan kredit təşkilatı (BOKT) 1 milyon ABŞ dolları dəyərində istiqraz buraxıb.
FED.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 1 000 ədəd istiqrazdan gedir.
Artıq qiymətli kağızların qapalı üsulla yerləşdirməsinə başlanılıb. Onların illik gəlirliliyi 9% təşkil edir. Faizlər müddətin sonunda ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir.
Report