Ölkənin aparıcı kredit təşkilatlarından biri «FİNOKO» BOKT 2019-cu ilin ilk yarısını böyük artımla başa vurub. Şirkətdən FED.az-a verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında şirkətin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 2 dəfə artaraq 17,7 milyon manatdan 33 milyon 596,4 min manata yüksəlib.
Bu dövrdə şirkətin nizamnamə kapitalı 2,2 dəfə artıb və ötəniliki 1 milyon manatdan bu il 2 milyon 255 min manata çatıb. Hal hazırda isə nizamnamə kapitalı 4 milyon 855 min manat təşkil edir ki, bu da br il əvvəllə müqayisədə təqribən 5 dəfə artıqdır.
«Finoko»nun məcmu kapitalında da böyük artım müşahidə olunur – ötən il 3 milyon manat olan bu göstərici 2019-cu lin ilk yarısının yekunlarına görə, 75% artaraq 5,3 milyon manata yüksəlib.
«Finoko» BOKT cari ilin ilk yarısını böyük mənfəətlə başa vurub – ilk 6 ayın nəticələrinə görə, şirkət 852 min manat xalis mənfəət əldə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə mənfəət 2,7 dəfə artıb. Müqayisə üçün bildirək ki, «Finoko» BOKT yarım illik mənfəətin məbləğinə görə, Azərbaycanın bir sıra banklarından daha yaxşı göstəriciyə malikdir.
Ötən dövrə ərzində BOKT-un coğrafi təmsilçiliyi və müştəri sayında da kəskin artım baş verib. Ötən ilin ilk yarısının sonunda şirkətin iki satış nöqtəsi vardı - baş idarə və 1 filial (Ekspress Tovuz).
Bu il isə «Finoko» satış nöqtələrinin sayını 4-ə çatdırıb və artıq baş idarə və 3 filial (Ekspress Tovuz, Ekspress Yasamal və Ekspress Qazax) ilə təmsil olunur.
Son bir ildə BOKT-un müştəri sayında da kəskin artım müşahidə olunur. Ötən il 1415 olan müştərilərin sayı 2,5 dəfə artaraq 3500-i keçib.
Şirkətdən FEDaz-a verilən məlumata görə, «Finoko» şəbəkəsini genişləndirməyə və aktivliyi artırmaqda davam edəcək.