“Finexkredit” BOKT ASC “Milli Kart” MMC və “Azərpoçt” MMC ilə bağladığı üç tərəfli müqaviləyə əsasən öz müştərilərinə plastik kart vasitəsi ilə kreditlərin verilməsinə başlayıb.
FED.az xəbər verir ki, kartların müştəri adına rəşmiləşməsi və kredit vəsaitinin plastik karta köçürülməsi prosesi bir neçə dəqiqə ərzində həyata keçirlir. İlk olaraq bu əməliyyatlar “Finexkredit” ASC-nin 2 saylı Bakı filialında tədbiq olunmuşdur. Növbəti mərhələdə şirkətin bütün filiallarının bu layihəyə qoşulması nəzərdə tutulmuşdur. Bu kredit məhsulu müştərilər tərəfindən razılıqla qarşılanaraq onların rahat və operativ şəkildə maliyyə xidmətlərindən istifadə etməsinə xidmət edir. Üçtərəfli saziş nağdsız əməliyyatların həcminin artırılması proqramı çərçivəsində baş tutub.
“Finexkredit” plastik kartla kreditlərin verilməsinə başlayıb
10:22
18 Fev 2019