“FinexKredit” Bank Olmayan Kredit Təşkilatı müştərilərə bölgələrdə kredit verilişinin rahat və operativ şəkildə təşkil edilməsi məqsədi ilə Göranboy rayonunda yeni filialını istifadəyə verib.
FED.az xəbər verir ki, BOKTdan verilən məlumatda qeyd olunur ki, “bundan sonra Goranboy və ətraf rayonların sakinləri yeni açılmış filialımıza yaxınlaşaraq şirkətimizin təqdim etdiyi kredit məhsullarından istifadə edə bilərlər”. Bu addım təşkilatın müştərilərinin rahatlığını təmin etməklə yanaşı həmdə şirkətin strateji inkişaf proqramına uyğun həyata keçirilir.
“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 2013-cü ildən Dövlət qeydiyyatından keçmişdir. Hal-hazırda şirkət öz fəaliyyətini baş ofis və 10 filialı vasitəsi ilə aparır. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv fəaliyyət göstərir. “Finex Kredit” BOKT öz fəaliyyətini müasir beynəlxalq maliyyə standartlarına uyğun şəffaf tərəfdaşlıq prinsipləri əsasında quraraq Dövlət qurumları və fondları ilə geniş əməkdaşlıq edir. Şirkətin rəsmi auditoru RSM-Azərbaycan beynəlxalq audit şirkətidir.