Azərbaycanın aparıcı kredit təşkilatlarından olan “FinEx Kredit” BOKT ASC daha da güclənir. BOKT-un Müşahidə Şurasının sədri Sevinc Qurbanovun peşəkar rəhbərliyi və səmərəli fəaliyyəti nəticəsində “FinEx Kredit” BOKT fəaliyyətini daha da genişləndirir. Belə ki, bu yaxınlarda səhmdarlar tərəfindən BOKT-da yeni təyinatlar, nizamnamə kapitalında kəskin artım və yeni nizamnamə təsdiq edilib.
Bu barədə FED.AZ saytına səhmdarların ümumi yığıncağının qərarı ilə BOKT-un yeni direktoru təyin edilmiş Leyli Məmmədova məlumat verib. Onun sözlərinə görə, səhmdarların müvafiq qərarına əsasən BOKT-un yeni nizamnaməsi də təsdiq edilib. Eyni zamanda BOKT-un nizamnamə kapitalı 65,5% artırılaraq 2,472 milyon manata çatdırılıb. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 100 manat olan 22940 ədəd adi adlı, sənədsiz səhmlərdən və 178 min manat həcmində olan nominalı 100 manat olmaqla 1780 ədəd imtiyazlı səhmlərdən ibarətdir.
L.Məmmədova bildirib ki, səhmdarların digər bir qərarı ilə Ellada Əliyeva Rəşad qızı Audit Komitəsinə üzv seçilib.
Qeyd edək ki, L.Məmmədova cari ilin iyun ayından etibarən direktor vəzifəsini müvəqqəti icra edirdi.
Xatırladaq ki, 2013-cü ildən fəaliyyət göstərən “FinEx Kredit” BOKT 2,472 mln. manat nizamnamə kapitalına malikdir. BOKT-un səhmdarları Mirzəyev Xaqan Səməd oğlu (19,42%), Cəbrayıllov Azad Nəriman oğlu (16,14%), Mirzəyev Səməd Murad oğlu (14.16%), Allahverdiyeva Raminə Tokay qızı (9,95%), Mirzəyeva Saadət Məmmədəli qızı (16.18%), Tağıyeva Şəlalə İslam qızı (6,13%), Salamova Leyla Səməd qızı (5,61%), Şıxəlizadə Tokay Murad oğlu (4.55%), Tağıyeva Gülnarə Elçin qızıdır (0.65%).
BOKT-un imtiyazlı səhm mülkiyyətçiləri isə Allahverdiyeva Raminə Tokay qızı (4,05%) və Mirzəyev Muradxan Səməd oğludur (3,16%).