Qeyri-Bank

«Finex Kredit»in daha iki filialı işə düşdü – ŞİRKƏTDƏN AÇIQLAMA

«Finex Kredit»in daha iki filialı işə düşdü – ŞİRKƏTDƏN AÇIQLAMA | FED.az
08:48 16 Avqust 2019

Azərbaycanın aparıcı qeyri-bank kredit təşkiatlarından (BOKT) olan «Finex kredit» daha iki filialını işə salıb.
Bu barədə FED.az-a məlumat verən BOKT-un idarə heyətinin sədri Rəşad Qasımovun sözlərinə görə, yeni filiallar avqustun 1-də Xırdalan şəhərində və avqustun 14-də Şmkirdə işə düşüb. 

Hər iki filialda BOKT-un bütün kredit məhsulları təqdim olunur. Bunlar lombard kreditləri, avtokreditlər, Sahibkarlığın İnkişafı Fondunun kreditləri (illik 7%) və Kənd Təsərrüfatı Kreditləri agenliyinin kreditləridir (illik 6%). R.Qasımovun sözlərinə görə, Xırdalanda filialın açılması bu bölgələ müştəri tələbatının artması ilə bağlıdır: «Buradakı müştəriləri Bakıya gəlib-getmək qayğısından azad etmək, həm də artıq tələbatı qarşılamaq üçün Xırdalanda filialımız fəaliyyətə başladı. Burada tələbat var və biz də genişlənmək planımızı reallaşdırdıq». 

Şəmkirdə isə əsas hədəf kütləsi sahibkarlardır.
R.Qasımov bildirir ki, «Finex Kredit»in indiyədək də Şəmkirdən olan müştəriləri kifayət qədərdir: «İndiyədəak həmin müştərilər Gəncə filialımıza müraciət edirdilər. Bizim Gəncədə iki filialımız var və ətraf bölgələrdən olan müştərilər krediti bu filiallardan götürürdülər. Tələbatın byöük olduğunu nəzərə alaraq Şəmkirdə yeni filial açdıq».  Filialların məhz indi işə düşməsi təsadfi deyil, tezliklə əkin mövsümü başlayır və bu dövrdə sahibkarların, fermerlərin maliyyə vəsaitinə ehtiyac yaranır. 
Üstəlik «Fineks Kredit»in kredit şərtləri də digər BOKT və kredit təşkilatlarından daşa aşağıdır. Qeyd edək ki, ötən il təşkilatın 3 yeni filalı işə düşmüşdü, bu il ərzində isə hələlik iki yeni filial fəaliyyətə başlayıb. Bununla da «Finex kredit» BOKT-un filiallarının sayı 10-a çatıb. 

Digər xəbərlər