“Finex Kredit” BOKT ASC-nin 2019-cu ildə icra olunacaq hədəfləri müəyyən edilərək büdcə və proqnoz layihələri baxılması üçün şirkətin Müşahidə Şurasına təqdim olunub.
FED.az BOKT-a istinadən xəbər verir ki, BOKT tərəfindən növbəti il üçün əməkdaşların yeni qiymətləndirilmə standartları işlənib hazırlanıb və bunun əsasında daha mükəmməl motivasiya sisteminin tədbiqi gözlənilir.
Bu məsələlərin şirkətin 19 yanvar 2019-cu ilə təyin olunmuş ümumi yığıncağında müzakirə olunub qəbul olunması planlaşdırılır. Eyni zamanda qeyd olunmalıdır ki, 2018-ci ilin maliyyə nəticələrinin beynəlxalq standartlar üzrə başlanmış auditi “RSM Azərbaycan” audit şirkəti davam etdirir.
“Finex Kredit” 2019-cu ilin büdcə və proqnoz layihəsini - YEKUNLAŞDIRIB

17:50
26 Dek 2018