“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı GƏNCƏ OFİSİ üçün MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ (MƏİ) vəzifəsinə işçi axtarışı elan edir.
ƏSAS ÖHDƏLİKLƏR
• Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
• Kredit sənədlərinin tənzimlənməsi və Portfelin idarə olunması prosesində mərkəzləşdirilmiş şöbələrə dəstək göstərmək;
• Kreditin verilməsi və çatdırılma kanallarını dəstəklə təmin etmək;
• Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə müəyyənləşdirilmiş qaydada filialın inzibati tapşırıqlarını icra etmək və arxiv funksiyasını idarə etmək;
• Tələb olunan hesabatları hazırlamaq və Sahə Menecerinə təqdim etmək;
• Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə xoş münasibət qurmaq və səmərəli əməkdaşlığı təmin etmək;
• Müəssisə tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
• Digər öhdəlikləri icra etmək;
Tələblər:
• Ali təhsil : Bakalavr Dərəcəsi/Biznes, iqtisadiyyat, mühasibatlıq və ya bizneslə əlaqəli digər sahədə əldə olunan Diploma üstünlük verilir;
• Müştəri xidmətləri və ön ofis təcrübəsinə üstünlük verilir;
• Azərbaycan dilini səlis bilmək;
• MS Office (MS Word, MS Excel, MS Outlook) sahəsində əsas biliklər; normal çapetmə və məlumat daxiletmə bacarıqları;
• Tələb olunarsa, FİNCA Azərbaycanın müxtəlif filial ofislərinə səfərlərə və/və ya rotasiya hazır olmalı.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 07 Yanvar 2019-cu il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ (GƏNCƏ) qeyd etməklə göndərə bilərsiniz.