Azərbaycanın ən böyük bank olmayan kredit təşkilatlarından (BOKT) biri olan"FINCA Azerbaijan" genişlənmə ilə bağlı planlarını açıqlayıb. FED.az xəbər verir ki, təşkilatın qarşıdakı planları ilə bağlı məlumat bu gün keçirilən mətbuat konfransında verilib.
Eləcə də bax: “FINCA Azerbaijan” Ağsu rayonunda yeni filialını açdı
Mikromaliyə sahəsinin qabaqcılı olan təşkilat öz filial şəbəkəsini genişləndirəcək və müştərilərə göstərilən xidmət səviyyəsinin artırılması üçün investisiyalar yatıracaq
Ölkədə aparıcı mikromaliyyə institutlarından biri olan “FINCA Azerbaijan” fəaliyyətinin 20 illiyi münasibətilə əsas inkişaf planlarını açıqlayıb. 3 illik çətin bir dövrü geridə qoymuş təşkilat daha çox müştəriyə xidmət göstərmək məqsədilə 2019-cu ildə 8 yeni regional filialını açmağı planlaşdırır.
Mətbuat konfransında “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant və “FINCA Impact Fınance” qlobal şəbəkəsinin prezidenti və icraçı direktoru Andree Simon iştirak edib.
Təşkilatın son 3 illik dövrü barədə qısa məruzə edən “FINCA Azerbaijan”ın direktoru Timoti Tarrant bildirib ki, şirkət bu müddət ərzində əsas fəaliyyətini kredit portfelinin idarə olunması və əməliyyatların səmərəliliyinin artırılması üzərində cəmləşdirib. O, həmçinin qeyd edib ki, şirkət 2017 və 2018-ci illəri mənfəətlə başa vurub və 2019-cu ildə də daha yaxşı maliyyə nəticələrinin olmasını proqnozlaşdırır.
Timoti Tarrant bildirib: “Ötən 3 il ərzində bizim səmərəliliyi artırmaqla bağlı gördüyümüz tədbirlər Azərbaycanda şirkətimizin fəaliyyətinin gələcəkdə baş verə biləcək hər hansı qlobal makroiqtisadi şoklara qarşı daha dayanıqlı olmasını təmin edəcəkdir. “FINCA Azerbaijan” 2019-cu ildə 8 yeni regional filialını açmağı planlaşdırır. Biz ölkə üzrə müştərilərə, xüsusilə kənd yerlərindən olan müştərilərə maliyyə xidmətləri göstərərək, inkişaf edən bu bazarda böyük pay əldə etmək niyyətindəyik”.
“FINCA Impact Finance” qlobal olaraq müştərilərin gəlirlərini artırması və göstərilən xidmət səviyyəsinin qaldırılması, eləcə də sosial sferaya müsbət təsir etmək məqsədilə öz biznes modelini səmərəlik və onun miqyasının artırılması istiqamətində dəyişmişdir. "FINCA Azerbaijan"ın bu istiqamətdə olan səyləri də davam edən bu yenilikçi qlobal strategiyaya öz töhfəsini vermişdir.
“FLNCA Impact Fınance”ın qlobal icraçı direktoru Andree Simon deyib: “FINCA Azerbaijan” müştərilərimizə olan güclü sadiqliyini nümayiş etdirdi və səmərəliyin artırılması istiqamətində böyük irəliləyiş etdi. Biz hazırda inkişaf yolundayıq və Azərbaycan iqtisadiyyatı barədə nikbinik”.
FINCA Azerbaijan haqqında
Ölkədə 1998-ci ildən bəri fəaliyyət göstərən “FINCA Azerbaijan” 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir. Bu şəbəkə aşağı gəlirli insanların və icmaların öz gələcəklərinə yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” isə ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir. Əlavə məlumat üçün www.finca.az saytını ziyarət edə bilərsiniz.
"FINCA Azerbaijan" genişlənmə ilə bağlı - PLANLARINI AÇIQLADI
11:29
31 Yan 2019