“FINCA Azerbaijan” filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində Ağsu rayonunda yeni ofisinin açılışını edib.
FED.az xəbər verir ki, açılış tədbirində “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant, “FINCA Impact Fınance” qlobal şəbəkəsinin prezidenti və direktoru Andrée Simon və bu şəbəkənin idarə heyətinin üzvləri iştirak edib.
“FINCA Azerbaijan”ın yeni filialı təşkilatın Ağsu və ona yaxın ərazilərdəki rayonlardan olan müştərilərinə, xüsusilə kənd yerlərindən olan insanlara məsuliyyətli maliyyə xidmətləri göstərməsinə imkan verəcək.
Üç illik çətin bir dövrü geridə qoyan FINCA hazırda əsasən kənd yerlərindən olan kiçik sahibkarlara maliyyə xidmətləri göstərmək üçün fəaliyyətini bu istiqamətdə genişləndirmək niyyətindədir.
20 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərən FINCA bu müddət ərzində bir milyondan çox müştəriyə 1.2 milyard dollar həcmində mikro və kiçik sahibkarlıq kreditləri ayırıb. Bu, Azərbaycandakı mikromaliyyə sektorunda ümumilikdə milyondan çox ailənin öz bizneslərini inkişaf etdirməsinə, maliyyə imkanlarını genişləndirməsinə və ailə gəlirlərini artırmasına yardım edib. Bu kreditlər kənd təsərrüfatı sektorunda yüz minlərlə yeni iş yerlərinin yaranmasına və dayanıqlı olmasına köməklik göstərib.
“FINCA Azerbaijan” Ağsu rayonunda yeni filialını açdı
17:03
30 Yan 2019