“Finans Lizinq” 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin 2018-ci il üzrə faiz gəlirləri 249,05 min manat, komissiya gəlirləri də 62,7 min manat olub. Ümumi gəlirlər 2018-ci ildə ötən ilə nisbətən 47,34% azalaraq 254,1 min manata enib. Əmək haqqı üçün ödənilən məbləğ 2,36 dəfə azalaraq 24,6 min manat olub.
Ümumi inzibati xərclər hesabat dövrü üçün ötən illə müqayisə də 2,48 dəfə azalaraq 32,4 min manat olarkən , ümumi əməliyyat xərcləri də 1 ildə 2,05 dəfə azalaraq 274,6 min manat təşkil edib.
Yekunda, bütün bu göstəricilər nəzərə alınanada şirkət 2018-ci ili 52 min 858 manat zərərlə başa vurub. Xatırladaq ki, şirkət 2017-ci ili də 160 min 192 manat zərərlə başa vurmuşdu.
FED.az şirkətin hesabatına istinadən bildirir ki, cəmi aktivlər 1 ildə 24,69% azalaraq 2 mln 590,3 min manat, cəmi kapital dəyişməyərək 1 mln 200 min manat olub.
Lizinq əməliyyatlarının həcmi 1 ildə 2,25 dəfə azalaraq 973,3 min manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda daha bir kredit ittifaqı müflis elan edilə bilər
“Finans Lizinq” 2018-ci ilin nəticələrini açıqlayıb - HESABAT
15:15
30 Yan 2019