Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Para” ASC bank olmayan kredit təşkilatının ("Para" BOKT) istiqraz emissiyasını dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, emissiya prospektinə əsasən, BOKT dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd faizli, sənədsiz, təmin edilməmiş, adlı istiqraz buraxacaq.
ELƏCƏ DƏ BAX: BOKT-ların bazar payı azalır - RƏQƏMLƏR
Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 14,5%-dir. Emissiyanın anderrayteri “PAŞA Kapital” investisiya şirkətidir.
“Para” BOKT-un emissiya prospekti ilə buradan tanış olmaq mümkündür.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.