Azərbaycanda 10 BOKT-un nizamnamə kapitalı 1 milyon manatdan çoxdur.
FED.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 46 bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə fonduna ümumilikdə 105 581 807,57 manat pul qoyulub.
Bu, aparılmış araşdırma nəticəsində məlum olub.
BOKT-lardan 10-nun nizamnamə kapitalı 1 milyon manatdan çoxdur. Bunlar "Para", "Aqrarkredit", "Molbulak", "Embafinans", "TBC Kredit", "Finka Azərbaycan", "Azərbaycan Mikro-Kredit", "PSG Finans", "Kredit Servis", "Effektivnest" BOKT-lardır.
№ |
BOKT-un adı |
Nizamnamə kapitalı (manatla) |
1 |
Para |
38 887 000,00 |
2 |
Aqrarkredit |
22 669 490,87 |
3 |
Molbulak |
10 407 935, 27 |
4 |
Embafinans |
10 000 000,00 |
5 |
TBC Kredit |
8 453 000,00 |
6 |
Finca Azerbaijan |
2 906 572,00 |
7 |
Azərbaycan Mikro-Kredit |
2 237 000,00 |
8 |
PSG Finans |
1 700 000,00 |
9 |
Kredit Servis |
1 511 734,00 |
10 |
Effektinvest |
1 130 000,00 |
Qalan 36 BOKT-dan 3-nün nizamnamə kapitalı 1 milyon manat, 9-nun nizamnamə kapitalı 500-900 min manat arasında, 8-nin nizamnamə kapitalı 300-500 min manat arasında, 12-nin nizamnamə kapitalı isə bu fəaliyyət növü üçün müəyyən edilmiş kapital tələbinə tam uyğun, yəni 300 min manatdır.
Bununla belə, sözügedən tələbin tətbiqindən əvvəl yaradılmış BOKT-lar da var ki, onların da nizamnamə kapitalı 300 min manatdan azdır. Bunlar "İcraçı Kredit Agentliyi" (223 449,84 manat), "İnkişaf üçün maliyyə" (6 847,4 manat), "Mədəd Kredit" (4 072,32 manat) və "Avrasiya Kredit" (1 000,00 manat) BOKT-lardır.