Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından biri olan «Embafinans» QSC 2022-ci ilin yekunlarını açıqlayıb.
FED.az xəbər verir ki, 2022-ci ildə «Embafinans» QSC-nin faiz gəlirləri 10,3 milyon manat, faiz xərcləri 2 milyonmanat olub, nəticədə xalis faiz marjası 8,3 milyon manata çatıb.
Azərbaycan şirkətinin rəhbərliyi - YARIM MİLYON MANAT BONUS ALIB
Şirkətin inzibati və digər xərclərini (təqribən 4,2 milyon manat) çıxdıqdan sonra vergidən əvvəlki mənfəəti 4,1 milyon manat təşkil edib.
«Embafinans» QSC ötən il 923 min manat mənfəət vergisi ödəyəndən sonra xalis mənfəəti 3,17 milyon manat təşkil edib.
2021-ci illə müqayisədə şirkətin xalis mənfəti 170 min manat və ya 5%-ə yaxın azalıb, 2021-ci ildə «Embafinans» QSC-ın xalis mənfəəti 3,33 milyon manat olmuşdu.
Gəlirlərin artdığı halda xalis mənfəətin azalmasının səbəbi şirkətin inzibati xərclərinin və ödənilən verilərin artması olub.
2022-ci ildə «Embafinans» QSC-in aktivləri 10 milyon manata yaxın artaraq 32 milyon manatdan 43 milyon manata yüksəlib, müştərilərə verilən kreditlər portfeli isə 26 milyon manatdan 37 milyon manata yüksəlib.
«Embafinans» QSC buna bank kreditlərinin hesabına nail olub – 2022-ci ildə şirkətin öhdəlikləri 16 milyondan 27 milyon manata yüksəlib. Banklardan alınan kreditlər isə 2 dəfədən çox artaraq 9 milyondan 20 milyon manata qalxıb.
2022-ci ildə «Embafinans» QSC-ın kapitalı demək olar ki, dəyişməyib – 16,3 milyon manat.