“Effektinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 11 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: "Asel Kredit" BOKT-un vəziyyəti - Məlum Oldu
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə təxminən 80% çoxdur.
Ötən il “Effektinvest”in vergiyəqədərki mənfəəti 14 min manat (əvvəlki ilə nisbətən təxminən 75% çox), mənfəət vergisi ödəmələri isə 3 min manat (təxminən 50% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Effektinvest”in aktivləri 2,737 milyon manat olub ki, bu da illik müqayisədə 24% azdır. Bunun 2,172 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 25,3% kiçilib.
Hesabat dövründə “Effektinvest”in öhdəlikləri 30,6% azalaraq 1,901 milyon manata, balans kapitalı isə 3,2% azalaraq 836 min manata düşüb.
Xatırladaq ki, “Effektinvest” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 810 min manatdır. (Report)