Banner

Qeyri-Bank

Daha az kredit veriblər – RƏQƏMLƏR  

Daha az kredit veriblər – RƏQƏMLƏR
  | FED.az
19:02 3 Yan 2019

2018-ci ilin 11 ayı ərzində kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına 12 milyard 564,2 milyon manat kredit qoyulub.
 
Mərkəzi Bankdan FED.az-a verilən məlumata görə, bu vəsaitlərin 392 milyon manatı, yəni 3,1 faizi qeyri-bank kredit təşkilatlarına məxsusdur.
 
ELƏCƏ DƏ BAX: Bankların və BOKT-ların kredit portfeli 7%, istehlak kreditləri 15% artıb
 
Beləliklə, 2018-ci ilin anoloji dövrü ilə müqayisədə qeyri-bank kredit təşkilatlarının iqtisadiyyata kredit qoyuluşunda xüsusi çəkisi azalıb. 2017-ci ildə qeyri-bank kredit təşkilatları tərəfindən iqtisadiyyata 420,2 milyon manat kredit qoyulub ki, bunun da ümumi kredit qoyuluşunda xüsusi çəkisi 3,4 faiz olub. 

Digər xəbərlər

Banner