Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 2 kredit ittifaqının lisenziyası ləğv edilib.
FED.az xəbər verir ki, bunlar “Aqrointer” və “Aqroinvest” kredit ittifaqlarıdır.
Beləliklə də, ölkədə fəaliyyət göstərən analoji qurumların sayı 54-dən 52-ə enib.
Bu ilin əvvəlindən tənzimləyizi artıq 9 kredit ittifaqının icazəsini ləğv edib.
Eləcə də bax:Azerbaycan banklarının 8 Mart ve Novruz kampaniyalari – SİYAHİ