“City Finance” bank olmayan kredit təşkilatının (BOKT) maliyyə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, 2018-ci ilin yekun nəticəsində “City Finance” BOKT-un cəmi aktivləri 144 min 910 manat və ya 37,21% azalaraq 243 min 848 manat təşkil edib.
2017-ci illə müqayisədə 2018-ci ildə BOKT-un öhdəlikləri 105 min 923 manat və ya 65,66% azalaraq 55 min 390 manat olub.
BOKT-un cəmi kapitalı 2017-ci illə müqayisədə 2018-ci ildə 39 min 022 manat və ya 17,15% azalaraq 188 min 458 manat olub.
Eləcə də bax:«Banklar üçün tələblər BOKT-lara da - TƏTBİQ EDİLMƏMƏLİDİR» - AÇIQLAMA
2017-ci ildə 445 milyon 657 min manat kredit verən BOKT 2018-ci ildə bu göstəricini 135 min 651 manat və ya 30,43% azaldaraq 310 min 006 manata endirib.
“City Finance” bank olmayan kredit təşkilatı 2017-ci illə müqayisədə 2018-ci ildə hüquqi şəxslərə verdiyi kreditin məbləğini 1 min 479 manat və ya 2,31% artıraraq 65 min 439 manata çatdırıb.
Əvəzində BOKT istehlak kreditlərini 2017-ci illə müqayisədə ötən il əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, 2017-ci illə müqayisədə ötən il BOKT 190 min 435 manat və ya 72,43% az istehlak krediti verib. Nəticədə maliyyə təşkilatı adı çəkilən kredit növünə 72 min 468 manat kredit verib.
BOKT-un 2018-ci ildə faiz gəlirləri 95 min 454 manat, qeyri-faiz gəlirləri 3675 manat, təşkil edib. Lakin bu gəlirlərdən 5092 manat faiz xərcini və 133 min 059 manat qeyri-faiz xərcini çıxdıqdan sonra BOKT 39 min 022 min manat zərər edib. Bu da 2017-ci illə müqayisədə 18,48 dəfə çoxdur.
2017-ci illə müqayisədə 2018-ci ildə BOKT-un nizamnamə kapitalı dəyişməyərək 375 min manat olduğu kimi qalıb.
2018-ci ilin sonunda maliyyə təşkilayının cəmi kapitalı 188 min 458 manat təşkil edib.