"City Finance" BOKT MMC 27.08.2013-cü ildə yaradılmışdır. "City Finance" BOKT MMC 07.01.2014-cü il tarixli Mərkəzi Bank tərəfindən verilmiş BKT-20 saylı lisenziya əsasında fəaliyyət göstərir. Təşkilatımız ilk növbədə Sumqayıt filialını işə salmağı planlaşdırır.
Həmçinin "City Finance" BOKT MMC Mərkəzi Bankın nəzdində olan Maliyyə Monitorinq Xidməti (MMX) və Mərkəzi Kredit Reyestrı (MKR) ilə əməkdaşlıq edir.
“City Finance “ BOKT MMC missiya və strategiyası, respublikanın bütün regional mərkəzlərində satış şəbəkəsi vasitəsi ilə bütün respublika üzrə əhali, mikro, kiçik və orta sahibkarlığa xidmət göstərən bir təşkilat olmaqdır.“City Finance” BOKT MMC inkişaf edən peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli xidmət göstərən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən, investorlarının investisiyalarının dəyərinin artımını təmin edən dinamik inkişaf edən etibarlı və şəffaf BOKT-dır.
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin banka cəlb olunması və kredit məhsulları barədə məlumatlandırılması
- Kredit üzrə müraciətlərlə bağlı biznes təhlilin aparılması
- Biznes təhlillərlə bağlı hesabatların hazırlanması və komitəyə təqdim edilməsi
- Kredit portfelinin formalaşdırılması və idarə olunması
Tələblər:
- 22-28 yaş
- Azərbaycan dilini əla səviyyədə bilmək
- Yüksək ünsiyyət qurma qabiliyyəti
- Analitik qabiliyyət və riyazi düşüncə
- Şəffaflıq, çevik qərar vermə qabiliyyəti
- Detallara qarşı diqqətlilik
- MS Office proqramları bilikləri
- Mikro kreditlərlə iş sahəsində 1-2 il iş təcrübəsi;
- Komandada işləmək bacarığı.
Qeyd: Vakansiya ilə maraqlanan şəxslərdən öz CV-lərini [email protected] ünvanına mövzu yerində “Mikrokreditlər üzrə mütəxəssis” yazaraq göndərməkləri xahiş olunur.