Oktyabrın 15-də Qazaxda “Finoko” bank olmayan kredit təşkilatının (BOKT) yeni filialı açılıb.
FED.az xəbər verir ki, indiyədək «Finoko»nun Tovuz və Bakıdakı 2 filialı fəaliyyət göstərib, bu şirkətin sayca 3-cü filialıdır. İlkin olaraq Qazaxda bu ilin sonunadək ayda 100 min manat kreditin verilməsi gözlənilir. Qeyd edək ki bundan əvvəl işə düşən Tovuz filialında ayda 400-450 min manat kredit verilir.
Şirkətdən FED.az-a bildiriblər ki, növbəti filiallarını da regionlarda - Bərdə və Xaçmazda açacaq. “Finoko”dan bildirilib ki, yeni filialların açılması şirkətin kredit portfelini diversifikasiya etmək və kənd təsərrüfatına diqqəti artırmaq məqsədi daşıyır. Hazırda şirkətin təqribən 16 milyon manata çatan kredit portfelinin 90%-dən byöük hissəsi Bakı və Sumqayıt şəhərlərinin payına düşür. BOKT tərəfindən ən çox verilən kreditlər biznes, istehlak, kənd təsərrüfatına verilib.
BOKT-un kredit portfeli nisbətən «təmizdir» - problemli kreditlərin həcmi cəmi 2%-dir. Hazırda BOKT kreditləri əsasən öz vəsaitləri, eləcə də istiqrazlar və veksellər vasitəsilə cəlb etdiyi vəsaitlər hesabına verir.
Cəmi 2% problemli krediti var – YENİ FİLİAL AÇIR
17:24
15 Okt 2018