Brand Credit BOKT (bank olmayan kredit təşkilatı) 2017-ci ilin yekunu üçün hesabatını açıqlayıb.
FED.az təşkilatın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, BOKT-un 2017-ci ildə faiz gəlirləri 1 mln 282 min manat, faiz xərcləri isə 641 min 328 manat olub. Sonda xalis faiz gəlirləri 22,10% artaraq 641 min 250 manata yüksəlib.
“Brand Credit” BOKT -un 2017-ci ildə haqq və komissiya gəlirləri 194 min 550 manat, haqq və komissiya xərcləri isə 3 min 120 manat olub. İnzibati və digər əməliyyat xərcləri 386 min 374 manat və digər xərclər 5 min 350 manat təşkil edib.
Yekunda, “Brand Credit” BOKT 2017-ci ili 407 min 176 manat zərərlə başa vurub. BOKT 2016-cı ili 25 min 657 manat mənfəət əldə etmişdi. BOKT-un 2017-ci ili zərərlə başa vurmasının səbəbi kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat ayırmalarının 2016-cı illə müqayisədə 6,65 dəfə artaraq 845 min 842 manat olması olub.
FED.az BOKT-un “Balans” hesabatına istinadən bildirir ki, BOKT-un 2017-ci ildə cəmi aktivləri 2016-cı ilə nisbətən 22,93% azalaraq 3 mln 624 min 179 manat, cəmi kapital isə 2,33 dəfə azalaraq 305 min 921 manata enib.
BOKT-un 2017-ci ildə kredit portfeli 2016-cı ilə nisbətən 1 mln 11,7 min manat və ya 25,85% azalaraq 2 mln 902,5 min manat təşkil edib.