“Brand Credit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 550 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 6 min manat mənfəətlə çıxmışdı.
Eləcə də bax: «FinTrend» BOKT zərər açıqladı – KAPİTALI AZALDI
FED.az xəbər verir ki, ötən il “Brand Credit”in vergiyəqədərki mənfəəti 606 min manat (illik müqayisədə təxminən 100 dəfə çox), mənfəət vergisi ödəmələri isə 56 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə “Brand Credit”in aktivləri 5,144 milyon manat olub ki, bu da, illik müqayisədə 62,2% çoxldur. Bunun 4,265 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 63,5% böyüyüb.
Hesabat dövründə “Brand Credit”in öhdəlikləri 16,3% artaraq 3,019 milyon mnaata, balans kapitalı isə 3,7 dəfə artaraq 2,126 milyon manata, o cümlədən nizamnamə kapitalı 2,1 dəfə artaraq 1,9 milyon manata çatıb.
Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. (Report)