«FinTrend» BOKT bank olmayan kredit təşkilatı 2020-ci ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bir sıra məlumatların açıqlanmadığı, yarımçıq hazırlanan hesabata əsasən təşkilat ili zərərlə başa vurub.
Hesabata əasən, 2020-ci ildə «FinTrend»in faiz gəlirləri əsasən müştərələ verilən kreditlərin fmaizlərindən (201 min manat) və faktorinq əməliyatlarından (112 min manat) ibarət olub. Digər gəlirlər isə 153,7 min manat olub.
Təşkilatın cəmi xərcləri isə 593,5 min manat təşkil edib. Nəticədə «FinTrend» BOKT ili 126,3 min manat xalis zərərlə başa vurub.
Yaranmış zərər BOKT-un o qədər də möhkəm olmayan maliyyə vəziyyətinə dərhal təsir edib və «FinTrend»in cəmi kapitalı 2020-ci ilin əvvəlindəki 379 min manatdan 2020-ci ilin sonunda 253 min manata düşüb. Bu BOKT-lar üçün müəyyən edilmiş 300 min manatlıq həddən də aşağıdır.
Ümumilikdə 2020-ci ilin sonuna BOKT-un aktivləri 1 milyon 152,8 min manat təşkil edib. Kredit portfeli 563,3 min manat olub.
Cəmi öhdəliklər isə 899,7 min manat olub. Bunun 200 min manatı maliyyə institutları qarşısında olan öhdəliklər, 210 min manat isə bank kreditləri olub.
Hesabatın yarımçıq hazırlanması səbəbindən bu göstəricilərin əvvəlki illərin analoji rəqəmləri ilə müqayisə etmək mümkün olmayıb.
Hesabat müəllifləri baş verən geriləməni əməliyat mühitinin pisləşməsi – yəni pandemiya, neftin qiymətinin aşağı düşməsi və sair amillərlə izah edirlər.
Bildirilir ki, bu vəziyətin davam etməsi pul vəsaitlərinin hərəkəti ilə bağlı proqnozlara, və aktivlərin dəyərsizləşməsinə təsir göstərə bilər. Rəhbərlik bu dəyişikliklərin təşkilatın əməliyyatları üzərində təsirin dəqiq qiymətləndirmək və yarana biləcək nəticələrlə bağlı hər hansı ölçü götürmək iqtidarında deyil.