Azərbaycanda son illər sürətlə inkişaf edən qeyri-bank maliyyə sektorunda maralı hadisə baş verib.
“Merkuri”BOKT 1,1 milyon manatlıq istiqraz buraxır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təqribən bir il əvvəl bu bazara daxil olmaq üçün Bank Olmayan Kredit Təşkilatı (BOKT) yaradan fiziki şəxslər sonradan tələblərin dəyişməsi səbəbilə fikirlərindən daşınıblar.
2023-cü ildə yaradılan «MOJO AZ BOKT” MMC nizamnamə kapitalını 300 min manatdan 100 manata endirdiyini elan edib.
Xatırladaq ki, 2023-cü ildə BOKT yaradılması üçün tələb olunan nizamnamə kapitalı 300 min manat idi, amma sonradan AMB-nin qərarı ilə BOKT-lar üçün nizamnamə kapitalı tələbi 2025-ci ildən 1 milyon manata qaldırılıb. Bu məbləği toplamaq üçün imkanı olmayan təsisçilər layihəni təxirə almağı və sektora daxil olmamaq qərarına gəliblər.
Xatırladaq ki, 2023-cü ilin noyabrında yaradılan şirkətin hüquqi ünvanı Baki şəhəri Yasamal rayonu, M.A.Şərifzadə, ev.58, m.19-da yerləşir. Qanuni təmsilçisi Ruslan Köçərli Zaməddin oğlu olan şirkətin nizamnamə kapitalı 300 min manat idi.
Şirkətdən FED.az biznes və maliyyə xəbərləri portalına baş verənləri təsdiqləyiblər.
Burada bildirilib ki, BOKT-un nizamnamə kapitalının azaldılmasının səbəbi lisenziya almaq üçün Mərkəzi Bankın qərarının dəyişilməsi olub. Yəni Mərkəzi Bank BOKT-lar üçün nizamnamə kapitalı tələbini 300 min manatdan 1 milyon manata qaldırıb. Şirkətin ödəmə qabiliyyətinin olmadığı üçün nizamnamə kapitalı götürülüb. Şirkət bundan sonra heç bir fəaliyyət ilə məşğul olmayacaq.











