“Merkuri” Bank Olmayan Kredit Təşkilatı ASC istiqraz buraxılışı ilə bağlı emissiya prospektini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri bortalı, cəmiyyət hər birinin nominal dəyəri 50 manat olan 22 min ədəd adlı, faizli, sənədsiz və təmin edilməmiş istiqrazların emissiyasını həyata keçirir. Buraxılış üzrə istiqrazların illik faiz dərəcəsi 17% faiz təşkil edir.
İstiqrazlar üzrə faiz ödənişləri buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 5 il müəyyən edilib. Ödənişlər nağdsız qaydada, milli valyuta – manatla aparılacaq.
Məlumata görə, istiqrazların nominal dəyəri tədavül müddətinin sonunda ödəniləcək. Nominal dəyərin ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə isə ödənişlər növbəti iş günü həyata keçiriləcək.
Emissiya üzrə anderrayter qismində “CPM-Invest” İnvestisiya Şirkəti çıxış edir. Cəmiyyət istiqraz emissiyasının əsas məqsədinin cəlb olunan vəsaitlərin mənfəət əldə ediləcək layihələrə yönəldilməsi və gələcək fəaliyyətinin dəstəklənməsi olduğunu açıqlayıb.
Qeyd edilib ki, istiqrazların yerləşdirilməsi “posledni təklif üsulu” əsasında, birqiymətli hərrac formasında həyata keçiriləcək.










