"TCF" BOKT Açıq Səhmdar Cəmiyyəti 2021-ci ili 818 min 319 manat xalis mənfəət ilə başa vurub.
Eləcə də bax: BOKT “International” mənfəət - AÇIQLADI
FED.az xəbər verir ki, 2020-ci illə müqayisədə təşkilatın xalis mənfəəti 9,3 dəfə artıb. "TCF" BOKT 2020-ci ili 88 min 293 manat xalis mənfəət ilə bağlamışdı.
FAİZ GƏLİRLƏRİ KƏSKİN ARTIB
2020-ci ildə 528 min 356 manat təşkil etmiş faiz gəlirləri 2021-ci ildə 1 milyon 946 min 575 manata yüksəlib.
KREDİT PORTFELİ BÖYÜYÜB
2020-ci ilin sonunda təşkilat tərəfindən müştərilərə verilmiş cəmi kreditlər (kredit portfeli) 2 milyon 748 min manat ikən, 2021-ci ilin sonunda 12 milyon 997 min manata çatıb. (Marja)