“FinEx Kredit” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti üzvlərindən biri vəzifəsindən kənarlaşıb.
Eləcə də bax: İş adamı Əliyar Əsgərov sahib olduğu - BOKT-a Vəsait Yatırıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu İ.H.-nin xanım üzvü olan Alməmmədova Fəridə Elsəvər qızıdır.
O, 2020-ci ilin sentyabrına qədər “FinEx Kredit” BOKT-un baş mühasibi, həmin tarixdən sonra maliyyə direktoru və İdarə Heyəti üzvü təyin edilmişdi.
Hazırda BOKT-un İdarə Heyətinin sədri Qasımov Rəşad Şöhrət oğlu olmaqla, bu heyətdə rəsmi olaraq tək təmsil olunur.
“FinEx” BOKT 2013-cü ildə yaradılıb, 1 mln. manat nizamnamə kapitalına sahibdir. Kapitalına Mobil Şərifov, Şəlalə Tağıyeva, Sevda İbrahimova, Ramina Allahverdiyeva və Tahir Namazov adlı fiziki şəxslər sahibdir.