“Bank Olmayan Kredit Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinə əlavə 22 000 manat kapital qoyulur.
Eləcə də bax: “FINCA Azərbaycan”nın rəhbəri istefa verib – Yeni Təyinat
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “BOKT İDK”nın nizamnamə kapitalı 3.14% artırılaraq 722 000 manata yüksəlib.
Qeyd edək ki, BOKT 2011-ci ildə yaradılıb və Əliyar Əsgərov nizamnamə kapitalında 100% paya sahibdir.