2014-cü ildən fəaliyyət göstərən “Azərbaycan Mikro-Kredit BOKT” MMC-nin direktoru və qanuni təmsilçisi Xəyal Vahid oğlu İsmayılov da Azərbaycanın siyasi arenasına daxil olmaq istəyir. O, da 9 fevral 2019-cu il tarixində gerçəkləşəcək Milli Məclis seçkilərində deputatlığa namizəd kimi çıxış edəcək.
Eləcə də bax: Bank sektorundan deputatlığa - NAMİZƏD OLANLAR – SİYAHI
FED.az-ın məlumatına görə, bu barədə Banker.az MSK-dan əldə etdiyi məlumata istinad edir.
BOKT-un rəhbəri ixtisasca beynəlxalq münasibətləri bitirib. Onun 101 saylı Göy Göl-Daşkəsən seçki dairəsindən namizədliyi təsdiqlənib.
Məlumat üçün bildirək ki, bu seçki dairəsindən daha bir namizəd varkı, o da maliyyə bazarına tanınan isimdir. Belə ki, bu seçki dairəsindən “Amrahbank”ın İnsan resursları şöbəsi müdri Ramin Bayramov da deputatlıq üçün namizədlik verib.