"İcraçı Kredit Agentliyi" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 64 800 manat və yaxud 31,3% artırıb.
FED.az xəbər verir ki, BOKT-un kapitalı 207 276 manatdan 272 076 manata çatıb.
Eləcə də bax: Daha bir BOKT-un vəziyyəti – MƏLUM OLDU – HESABAT
Kapital artımı maliyyə qurumunun əvvəlki illərdəki bölüşdürülməmiş mənfəəti hesabına həyata keçirilib və təsisçilərin pay bölgüsündə dəyişiklik olmayıb.
Xatırladaq ki, "İcraçı Kredit Agentliyi" 2002-ci ildə yaradılıb. BOKT-un təsisçiləri 33,85% payla Arif Əliyev (İdarə Heyətinin sədri), 13,84% payla Siyavuş Verdiyev (İdarə Heyətinin üzvü), 13,03% payla Mehman Qurbanov, 7,75% payla "Aşıxlı Kredit İttifaqı" MMC, 6,95% payla "Şahsevən Kredit İttifaqı" MMC (ləğv prosesindədir), 6,93% payla "Masallı Kredit İttifaqı" MMC, 3,47% payla Vidadi Musayev, 2,92% payla Samir Cəlilov (İdarə Heyətinin üzvü), 2,36% payla Səbinə İsrafilova, 2,3% payla adları açıqlanmayan şəxslər, 1,55% payla Tahirə Qurbanova, 1,28% payla "Yeni Daşkənd Kredit İttifaqı" MMC, 1,26% payla İlham İsrafilov, 1,03% payla "Astanlı Kredit İttifaqı" MMC (ləğv prosesindədir) və 0,21% payla "Azərbaycan Kredit İtifaqları Assosiasiyası" İctimai Birliyidir.
"Report"