İlk yarımil ərzində BOKT-ların öhdəlikləri üzrə mərkəzi idarəetmə orqanının vəsaiti 33 mln. manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Bu ötən ilin sonu ilə müqayisədə 5,7% (2 mln. manat) azalma deməkdir.
Keçən ilin sonunda bu göstərici 35 milyon manat olub.