Azərbaycanda bank olmayan kredit təşkilatlarına (BOKT) kredit müştərilərinə cari hesab açmaq icazəsi verilə və bu kredit təşkilatları ödəniş sistemlərinə qoşula bilərlər.
Eləcə də bax: Azərbaycan BOKT-larının xalis mənfəəti - 2% ARTIB
FED.az xəbər verir ki, Mərkəzi Bankın Baş direktoru Fərid Qasımov bildirib ki, yeni qanun layihələrindən və bir sıra mövcud qanunlara dəyişikliklərdən ibarət təkliflər paketi hazırlanıb:
Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirov bildirib ki, bank olmayan kredit təşkilatları (BOKT) mikromaliyyə sahəsində mühüm rol oynayır:
“Dayanıqlı mikromaliyyə strategiyasının hazırlanması və həyata keçirilməsi Mərkəzi Bankın növbəti dövrdə əsas hədəflərindən biridir. Artıq bu istiqamətdə işlərə başlanılıb. Mərkəzi Bank həm beynəlxalq tərəfdaşlar, həm də mikromaliyyə icması ilə birlikdə işlər aparılır. Bu işlərin əsas məqsədi post-pandemiya, post – neft dövründə dayanıqlı mikromaliyyə modelinin tətbiqidir. Bu işlərin əsasında yeni mikromaliyyə modelinin hazırlanması və həyata keçirilməsi təmin ediləcək. Bu konteksdə də mikromaliyyə icması tərəfindən səsləndirilən təkliflər də öz əksini tapacaqdır”.
Qeyd edək ki, BOKT-lar cari hesabın açılması, pul köçürmələri və valyuta mübadiləsi xidmətlərini göstərməkdə maraqlıdırlar.
“BOKT-lar nağdsız əməliyyatlar sisteminə qoşulmadıqları üçün kreditin verilməsi bank vasitəsilə həyata keçirilir. Bu, bank olmayan kredit təşkilatları üçün çətinlik yaradır və müştəri ilə birbaşa işləmək imkanından məhrum olurlar. Biz istəyirik ki, bank olmayan kredit təşkilatları daha çevik imkanlara malik olsunlar. Təklif edirik ki, tələblər müəyyən edilsin və həmin tələblərə cavab verən bank olmayan kredit təşkilatlarına müştərilərinə hesab açmaq icazəsi verilsin. Əgər banklar bütün şəxslərə hesab açmaq səlahiyyətinə malikdirlərsə, bank olmayan kredit təşkilatları yalnız kredit verdikləri müştərilərinə hesab açmaq səlahiyyətinə malik olsunlar”- Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA ) icraçı direktoru Jalə Hacıyeva bildirmişdi. (Marja)