Mikromaliyyə təşkilatlarına əlçatanlığı artırmaq üçün borc bazarında minimal tələb yarıya endirilib
"Ferrum Kapital" 5 milyon manatlıq istiqraz buraxır
Hazırda borc bazarı seqmentində nominal minimal tələb bir milyon manat təşkil edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə keçirilən Mikromaliyyə forumunda BFB-nin İdarə Heyətinin sədr müavini Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, Bakı Fond Birjasının standart listinq seqmenti və əsas bazar listinq seqmenti var:
"Əsas bazar seqmenti daha böyük və inkişaf etmiş şirkətlər üçün nəzərdə tutulub. Standart bazar seqmenti inkişafda olan, daha xırda şirkətlər üçün nəzərdə tutulub. Borc bazarı seqmentində nominal minimal tələb bir milyon manat təşkil edir. Mikromaliyyə təşkilatlarına əlçatanlığı artırmaq üçün bu məbləği yarıya endirdik - 500 min manat təşkil edəcək. Bu barədə artıq qərar verilib, yaxın zamanda açıqlanacaq".










