Bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət dairəsi genişləndirilir.
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bank olmayan kredit təşkilatları haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, BOKT-lar ödəniş agenti xidməti göstərə biləcək.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.