18 may 2026-cı il tarixində Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
İri şirkət yeni investor cəlb edib işini genişləndirmək istəyir - TOPLANTI
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
2025-ci il üzrə maliyyə və idarəetmə hesabatının təsdiq edilməsi:
- İstiqrazların buraxılması;
- Digər məsələlər
Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk, ev 12A ünvanında keçiriləcəkdir.
Qeyd edək ki, BOKT “İnternational” ASC-nin nizamnamə kapitalının 100%-i 1 fiziki şəxsə (Həsənov Rifat Vaqif oğlu) məxsusdur.













