BOKT Embafinans MMC aşağıda qeyd olunanlar üzrə “Hüquq” şöbəsinın aparıcı hüquqşünası vakansiyasını elan edilir:
Əsas vəzifə və öhdəliklər: (kişi)
Cəmiyyətlə əlaqəsi olan işlər üzrə qəbul olunmuş məhkəmə qərarları barədə tabe olduğu vəzifəli şəxsi məlumatlandırır;
Cəmiyyətlə əlaqəsi olan işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəldir və onların Cəmiyyət tərəfindən icrası üzərində tabe olduğu vəzifəli şəxsin tapşırığı çərçivəsində nəzarəti həyata keçirir;
Problemli kreditlərin həll olunmasında Problemli Kreditlərlərin idarə edilməsi şöbəsinə hüquqi yardım edir;
Qüvvəyə minmiş məhkəmə aktları üzrə icra şöbələri ilə işlərin təşkilini həyata keçirir (icra məmurları ilə işləmək, zərurət yarandıqda icra məmurları ilə müştərinin ünvanına getmək, icra tədbirləri ilə bağlı şirkəti məhkəmələrdə təmsil etmək, müştərilərlə daim əlaqə saxlamaq və.s)
Əsas vəzifə və öhdəliklər: (qadın)
Cəmiyyətlə əlaqəsi olan işlər üzrə qəbul olunmuş məhkəmə qərarları barədə tabe olduğu vəzifəli şəxsi məlumatlandırır.
Cəmiyyətlə əlaqəsi olan işlər üzrə məhkəmə qərarlarının qanuni qüvvəyə minməsinə və icraya yönəlmə mexanizminə nəzarət etmək, qüvvəyə minmiş və icraya yönəlmiş işlər üzrə işin təyin edilmiş icra məmurunu müəyyən etmək, icra şöbələri ilə yazışmaları aparmaq, icra şöbələrdə olan işlərin hesabatlılığını aparmaq, şöbə daxili icra işləri ilə məşğul olan əməkdaşları lazımı məlumatlarla aperativ təmin etmək, yığımla bağlı gündəlik hesabat çıxarmaq, icra ilə bağlı görülmüş işlərin qeydiyyatını aparmaq.
Rəhbərliyin və tabe olduğu şəxsin digər tapşırıqlarını yerinə yetirmək.
Problemli kreditlərin həll olunmasında Problemli Kreditlərlərin idarəedilməsi şöbəsinə hüquqi yardım edir.
Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:
Ali hüquq təhsili;
Hüquq sahəsində ən azı 2 il təcrübə;
Bank və ya məhkəmə təcrübəsi; (İcra və Probasiya şöbələri ilə işləmək kimi təcrübə arzuolunanadır)
Dəqiqlik və ehtiyatlılıq bacarığı;
Nəzarət edə bilmə qabiliyyəti;
Komanda ilə işləmək bacarıqları;
Yüksək gərginlikdə işləmə bacarığı;
MS Office proqramlarında mükəmmə istifadə bacarığı.
Müracət və seçim qaydaları:
Maraqlananlar müraciət formalarını CV (resume) [email protected] və eyni zamanda [email protected] ünvanına göndərə bilərlər.
Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq. Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.
İş qrafiki: 5 gün / saat 09.00-18.00