Bank olmayan kredit təşkilatları (BOKT) haqqında qanunda dəyişikliyə ehtiyac var.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib. Onun sözlərinə görə, BOKT-ların xidmət sahələri genişləndirilməlidir.
“BOKT-lar haqqında qanuna dəyişiklik olarsa, onların maliyyə vəziyyəti də yaxşılaşar, maliyyə resurslarına çıxışı asanlaşar. Bu, kiçik və orta sahibkarlığın, ailə-kəndli təsərrüfatının inkişafına, ölkə iqtisadiyyatına müsbət təsir göstərər, iş yerlərinin açılmasına səbəb olar, sosial vəziyyəti yaxşilaşdırar”, - deyə S.Kələşov vurğulayıb.