BOKT «Aset Maliyyə Texnologiyaları» MMC 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2022-ci ildə BOKT-un müştərilərə verilən kreditlər üzrə faiz gəlirləri 3428 manat digər gəlirləri 1745 manat təşkil edib. Nəticədə şirkətin ümumi gəlirləri 5173 manat olub.
Hesabat dövründə BOKT-un ümumi xərcləri isə 85 851 manat olub. Bundan 81 344 manat əmək haqqı, 500 manat icarə xərci, 1785 manat isə komissiya və faiz xərcləri olub.
Nəticədə «Aset Maliyyə Texnologiyaları» BOKT-un illik xalis zərəri 80 678 manat təşkil edib.
2022-ci ilin sonuna BOKT-un ümumi aktivləri 387 726 manat təşkil edib. Bu dövrdə kredit portfeli 83 811 manat, pul vəsaitləri isə 301 107 manat təşkil edib.
Hesabat dövrünün sonunda BOKT-un cəmi öhdəlikləri 171 513 manat olub. Bundan 83 543 manat maliyyə təşkilatları qarşısında kreditlər, 87 970 manat isə digər öhdəliklərdir.
«Aset Maliyyə Texnologiyaları» MMC-nin cəmi kapitalı ilin sonuna 216 213 manat təşkil edib. Şirkətin nizamnamə kapitalı 300 min manat, yığılmış zərəri isə 83 787 manai olub.