“Bank of Baku” ASC 100% törəmə investisiya şirkəti “BOB Broker” MMC-nin ləğv edilməsini yekunlaşdırıb.
Eləcə də bax:«Banklar bizi özlərinə rəqib görürlər»
FED.az bu barədə Bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, ləğvb prosesi bu ilin aprel ayında başa çatıb.
Xatırladaq ki, “BOB Broker” 2007-ci ildə yaradılıb. Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna əsasən, Şirkətə broker və diler fəaliyyəti, aktivlərin idarə edilməsi ilə məşğul olmaq üçün verilmiş lisenziyaların müddəti ötən ilin sonunda bitib. Bundan sonra onun fəaliyyəti dondurulub.