Azərbaycan banklarının qeyri-bank sektoruna vəsait ayırmamasının əsas səbəbi bankların BOKT-ları özlərinə rəqib saymasıdır.
Bu barədə FED.az-a Azərbaycan Mikromaliyyələşmə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva bildirib.
Eləcə də bax: Azərbaycanda 21 bankın öhdəlikləri artıb - SİYAHI
Qeyd edək ki, ABA-nın məlumatına görə, hazırda banklarda 5 milyard manata yaxın izafi likvidlik var. Banklar bu vəsaitləri kredit kimi verməyə çətinlik çəksələr də, BOKT-lara da ayırmağa həvəs göstərmirlər.
Jalə Hacıyeva bildirib ki, əslində banklar keyfiyyətli müştəriləri məhz BOKT-ların vasitəsilə yetişdirməli və sonra onlara daha böyük kredit ayırmalı idilər.
Eləcə də bax: “BOB Broker” ləğv edilib
Qeyd edək ki, hazırda bəzi banklar öz vəsaiti ilə «əl altında» işləyəcək BOKT-lar yaradırlar. Amma icraçı direktor bildirir ki, belə təşkilatları əsl qeyri-bank qurumu saymaq olmaz: «Mən son 7-8 ildə yaradılan kredit təşkilatlarını mikromaliyyə təşkilatı hesab etmirəm, Çünki onlar yalnız Bakıda fəaliyyət göstərir və yalnız istehlak kreditləri verirlər. Əsl mikromaliyyə təşkilatlarının isə vəsaitlərinin 95%-i biznesə, özü də real biznesə yönəlir».
Jalə Hacıyeva bildirir ki, qanunvericiliyə dəyişiklik edilməli və regionlarla, real sektorla işləyən mikro mmaliyyə təşkilatlarına əlavə imknalar yaradılmalıdır: «Məsələn, bizə əlavə xidmətlər göstərilməsi üçün imkanlar yaradılmalıdır, amma bu heç də bütün təşkilatlara deyil, ölkənin hər yerində, xüsusilə regionlarda işləyənlərə aid olmalıdır. Onların kredit portfelinə də baxılmalıdır, istehlak deyil, real kreditlər verən BOKT-lara üstünlük verilməlidir. Ümumiyyətlə burada fərqli indikatorlar ola bilər».