2018-ci ilin may ayında dövlət qeydiyyatına alınan “Birkart Bank Olmayan Kredit Təşkilatının” (BOKT) MMC adı dəyişdirilib.
FED.az xəbər verir ki, təşkilat 1 oktyabr 2025-ci il tarixindən etibarən “Bir Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC adı ilə fəaliyyətinə davam edir.
Xatırladaq ki, yeni BOKT-nin hüquqi ünvanı əvvəlki kimi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr.,ev 153 Port Baku Tower 2, nizamnamə kapitalı 99 835 580 AZN, qanuni təmsilçisi isə Tural Naib oğlu Məmmədlidir.