Bir Kredit “Bank Olmayan Kredit Təşkilatı” MMC (əvvəlki adı ilə Birkart BOKT MMC) sığorta agenti fəaliyyətinə aid lisenziyanın itdiyini elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu şirkət özü məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 15 fevral 2021-ci il tarixdə SA-0214 qeydiyyat nömrəsi ilə Bir Kredit “Bank Olmayan Kredit Təşkilatı”na verilmiş sığorta agenti fəaliyyətinə dair lisenziya itib.











