“Bir Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC ümumi 2 milyon manat dəyərində istiqraz buraxır.
FED.az bunu BOKT-nin emissiya prospektinə istinadən xəbər verir.
Belə ki, söhbət hər biri 100 manat olmaqla 20 000 ədəd istiqrazlardan gedir.
BOKT müddəti 1 illik olan manatdakı bu istiqrazlara illik 11.5% gəlirliliklə təklif edir.
Bu istiqrazların buraxılışı mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə “Bir Kredit BOKT” MMC-nin aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, eləcə də Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının inkişafına töhfə vermək məqsədi daşıyır.. Emissiyadan əldə olunan vəsait “Bir Kredit BOKT” MMC-nin strateji hədəflərinin reallaşdırılması, nüfuzunun və bazar payının artırılması, o cümlədən kredit portfelinin dinamik inkişafında istifadə olunacaq.
Anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir
Xatırladaq ki, BOKT hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr.,ev 153 Port Baku Tower 2 ünvanıdır.
Nizamnamə kapitalı 99 milyon 835 min 580 manatdır. Qanuni təmsilçisi isə Tural Naib oğlu Məmmədlidir.











