Azərbaycanın ən məşhur bank olmayan kredit təşkilatı - «Birkart» BOKT fəaliyyət göstərdiyi ilk tam il - 2019-cu il üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, BOKT-un 2019-cu ildə cəmi əməliyyat gəliri 93,9 min manat (100% artım), cəmi əməliyyat xərci 241,6 min manat (78,5 dəfəvə ya 238,6 min manat artım) olub.
BOKT 2019-cu ili 147,8 min manat zərərlə başa vurub. Bu 2018-ci ilin göstəricisindən 48 dəfə və ya 144,7 min manat artıqdır. Qeyd edək ki, BOKT 2018-ci ili 3,1 min manat zərərlə başa vurmuşdu. Amma 2018-də BOKT cəmi bir neçə ay fəaliyyət göstərib.
Hesabatdan məlum olur ki, 2019-cu ildə BOKT 1 milyon 168 min manat kredit versə də, hələlik faiz gəlirləri əldə etməyib. Məhz faiz gəlirlərinin olması BOKT-un ili zərərlə başa vurmasına səbəb olub.
Bu qənaəti BOKT-un digər göstəriciləri də təsdiqləyir. Belə ki, 2019-cu ildə «Birkart»ın cəmi aktivləri 1 milyon 472 min manat (2 dəfə və ya 975,1 min manat artım), cəmi öhdəlikləri 1 milyon 122,9 min manat (100% artım) və cəmi kapitalı 349,1 min manat (100% artım) olub.
«Bir kart» 2019-cu ildə inzibati xərclər üçün 233,5 min manat xərcləyib. Bu 2018-ci ildə bu göstərici 3 min manat olub. İnzibati xərclər 77,4 dəfə və ya 230,5 min manat artıb.