Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) banklar, bank olmayan kredit təşkilatları, eləcə də, kredit ittifaqları haqqında icmal məlumatlarını açıqlayıb.
FED.az-ın məlumatına görə, göstəricilərdən çıxın nəticə – ölkənin maliyyə sistemində bankların payı 98%-ə yaxındır. BOKT-lar və xüsusilə kredit ittifaqları isə olduqca kiçik paya malikdirlər.
Eləcə də bax: Azərbaycandakı BOKT-ların - QAZANCI AÇIQLANDI – RƏQƏMLƏR
Belə ki, maliyyə sektorunda ümumi həcmi 31,7 milyard manat olan aktivlərin 98,96%-i bank sektoruna məxsusdur. Maliyyə sistemində aktivlərin cəmi 1%-i BOK-lara, 0,04% isə kredit ittifaqlarının payına düşür.
Kredit bazarında da eyni vəziyyətdir. Ölkədə verilən ümumi kreditlərin 98,1%-i bankların, 1,8%-i BOKT-ların, 0,01% isə kredit ittifaqlarının payına düşür.