“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC-nin rəhbəri şirkətdən ayrılıb.
Pakistan bankının Azərbaycandakı törəmə BOKT-nun rəhbərliyinə - TƏYİNAT
FED.az xəbər verir ki, “Azmikroinvest”in İdarə Heyətinin sədri Mansur Talıblı vəzifəsini tərk edib. Hələlik onun yerinə hər hansı təyinat olmayıb.
Qeyd edək ki, 2021-ci ilin aprel ayında bu vəzifəyə təyin edilmişdi. Bundan əvvəl isə BOKT-un hüquqşünası vəzifəsini icra etmişdi.
Xatırladaq ki, “Azmikroinvest” BOKT 2014-cü ildə yaradılıb, 1.5 milyon nizamnamə kapitalına sahibdir. Səhmlərinin 100%-i İlqar Əhmədzadəyə məxsusdur. (Apa)