“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC 2021-ci ili 100 min 809 manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 152 min 571 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Azmikroinvest” BOKT-un xalis mənfəəti 34% azalıb.
Eləcə də bax: "Asel Kredit" BOKT 2021-ci ilin maliyyə nəticələrini açıqlayıb - HESABAT
FED.az xəbər verir ki, “Azmikroinvest”in cəmi faiz gəlirləri 2020-ci ildə 318 min 216 manat ikən, 2021-ci ildə 297 min 343 manata geriləyib (7% azalıb).
2020-ci illə müqayisədə 2021-ci ildə “Azmikroinvest” kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7% azalaraq 1 milyon 194 min 242 manata düşüb.
“AzMikroİnvest” BOKT 2014-cü ilin aprel ayında təsis edilmiş və həmin ilin iyun ayında Azərbaycan Respublikasının Mərkəzi Bankından məhdud bank lisenziyasını alaraq mikromaliyyə fəaliyyətinə başlayıb. (Marja)